aze | rus | eng
 
ŞİRKƏT HAQQINDA SERVİS MƏHSULLAR ƏLAQƏ
ŞİRKƏT HAQQINDA
   “Unikal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunmuşdur.Cəmiyyətimiz yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurmuş və bu günə qədər də uğurla davam etməkdədir.Eyni zamanda şirkətimiz yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirməkdədir.Təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunun ərazisində “Unikal” MMC təbii mineral süfrə sularının qablaşdırılması fabrikasını qurmuşdur.Qablaşdırdığımız təbii mineral süfrə suyunun qaynağı yerləşən ərazi şirkətimizə məxsus olmaqla hər cür ekoloji çirklənmələrdən qorunur. Hal-hazırda “Qax-3” və “Aqua Life” markaları ilə istehsal etdiyimiz mineral süfrə suları Azərbaycanda və yaxın MDB dövlətlərində böyük şöhrət qazanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Labarator yoxlamaları əsasında “Aqua Life” və “Qax-3” mineral süfrə suları hidrokarbonatlı, kalsiumlu-natriumlu təbii mineral süfrə suyu kimi öz təsdiqini tapmışdır. Həmçinin “Aqua Life” və “Qax-3” mineral süfrə suyundan maddələr mübadiləsinin pozulması , xroniki qastrid, şəkərli diabet, öd kisə daşlaşması kimi hallarda daimi istifadə etmək tövsiyyə olunur. “Unikal” MMC-nin rəhbərliyi hər zaman kəmiyyətə deyil keyfiyyətə üstünlük vermişdir. O baxımdan bizim məhsullarımız alıcı auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

“Unikal” MMC-nin rəhbərliyi bütün alıcılarına öz təşəkkürünü bildirir.